Elm və təhsil naziri LDU-nun Baytarlıq klinikası ilə tanış olub
25.02.2026 - 09:00
Elm və təhsil naziri Emin Əmrullayev Lənkəran Dövlət Universitetinin nəzdində yaradılmış Baytarlıq klinikası ilə tanış olub.
Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov klinikada yaradılmış şərait, heyvanların müayinəsi və müalicəsi üçün nəzərdə tutulmuş kabinetlər, laboratoriyalar və müasir tibbi avadanlıqlar barədə nazirə ətraflı məlumat verib. Bildirib ki, klinika həm regionda ev və çöl (vəhşi) heyvanlarının sağlamlığının qorunmasına xidmət edir, həm də universitetin baytarlıq ixtisasında təhsil alan tələbələr üçün praktiki vərdişlərin formalaşdırılması baxımından mühüm tədris bazası rolunu oynayır.
Elm və təhsil naziri Emin Əmrullayev universitetin baytarlıq ixtisasında təhsil alan tələbələr və müəllim heyəti ilə də görüşüb, onların fikirlərini dinləyib, baytarlıq sahəsində kadr hazırlığı istiqamətində həyata keçirilən işlərlə yaxından tanış olub, tövsiyələrini verib.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
