“Təhsilin rəqəmsallaşdırılması” mövzusunda brifinq keçirilib
Fevralın 24-də Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ) rəisi Vüsal Xanlarov media nümayəndələri üçün brifinq keçirib.
Brifinqdə “Təhsilin rəqəmsallaşdırılması” mövzusunda geniş təqdimatla çıxış edən Vüsal Xanlarov bildirib ki, təhsilin rəqəmsallaşdırılması infrastrukturun gücləndirilməsi və vahid rəqəmsal həllərin tətbiqi əsasında həyata keçirilir. Bu prosesin əsas məqsədi isə təhlükəsiz və effektiv rəqəmsal mühitin yaradılmasıdır.
Çıxış zamanı Bakı şəhərində istifadəyə verilən “Rəqəmsal məktəb” platforması barədə danışılıb və qeyd olunub ki, bu platforma tədrisin idarə olunmasını, monitorinqini və hesabatlılığını vahid rəqəmsal mühitdə təmin edir.
Brifinqdə süni intellektin təhsildə tətbiqi imkanlarına da toxunulub. Bildirilib ki, “Microsoft” və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə müəllimlərə dəstək məqsədilə hazırlanmış “Copilot” tətbiqi təhsil mühitinin tələblərinə uyğunlaşdırılmış, kurikulum əsaslı və yerli təhsil ehtiyaclarına uyğun fəaliyyət göstərən süni intellekt alətidir.
Eyni zamanda brifinqdə şagirdlər üçün nəzərdə tutulmuş süni intellekt əsaslı təhsil köməkçisi, “Müəllim” mobil tətbiqi, elektron təhsil sənədləri, Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunan təhsil xidmətləri və digər aidiyyəti istiqamətlərdən də danışılıb.
Brifinq çərçivəsində vurğulanıb ki, təhsilin rəqəmsallaşdırılması prosesi mərhələli şəkildə davam etdirilir və əsas prioritet rəqəmsal infrastrukturun genişləndirilməsi, xidmətlərin əlçatanlığının artırılması və innovativ texnologiyaların təhsil sisteminə inteqrasiyasıdır.
Brifinqdə media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.
24.02.2026 - 15:30
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
