AzMİU-nun əməkdaşlarına yüksək dövlət mükafatları təqdim olunub
24.02.2026 - 14:48
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi münasibətilə bu təhsil müəssisəsinin bir qrup əməkdaşına dövlət mükafatlarının təqdim olunması mərasimi keçirilib.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət mükafatına layiq görülən universitet əməkdaşlarını təbrik edib, bu yüksək dəyərə görə təhsil ictimaiyyəti adından ölkə başçısına təşəkkürünü ifadə edib.
Nazir çıxışında AzMİU-nun keçdiyi inkişaf yolunu xatırladıb, bu universitetin məzunlarının həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qazandıqları uğurlardan bəhs edərək universitetin elmi-pedaqoji potensialının Azərbaycanın insan kapitalının formalaşmasında mühüm rol oynadığını bildirib.
Qeyd olunub ki, AzMİU təhsil və tədqiqat sahəsində fərqlənən ali təhsil müəssisəsi kimi ölkədə mühəndislik, memarlıq və şəhərsalma istiqamətlərinin inkişafına mühüm töhfələr verir.
Tədbirdə çıxış edən AzMİU-nun rektoru Gülçöhrə Məmmədova vurğulayıb ki, hazırda universitetin əsas hədəflərindən biri tədqiqat universiteti modelinin daha da gücləndirilməsidir. Bildirilib ki, rəqəmsal çağırışlar, süni intellekt və innovativ texnologiyaların tədris və tədqiqat prosesinə inteqrasiyası AzMİU-nun strateji inkişaf xəttinin mühüm istiqamətləridir.
Sonra elm və təhsil naziri tərəfindən dövlət mükafatları təqdim olunub.
Tədbirin sonunda xatirə fotosu çəkdirilib.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
