“Mentorla görüş” layihəsi çərçivəsində Firudin Qurbanov gənclərlə görüşüb
18.02.2026 - 17:18
Fevralın 18-də “Regional İnkişaf” İctimai Birliyinin paytaxt və regionları təmsil edən könüllüləri ilə elm və təhsil nazirinin müavini Firudin Qurbanovun görüşü keçirilib.
“Mentorla görüş” layihəsi çərçivəsində keçirilən görüşdə nazir müavini ölkədə təhsil sahəsində aparılan islahatlar, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra gənclərin üzərinə düşən yeni vəzifələr barədə məlumat verib. O, XXI əsrin çağırışlarına uyğun olaraq gənclərin yalnız bilik deyil, yaradıcı təfəkkür, tənqidi düşüncə, ünsiyyət və texnologiyalardan səmərəli istifadə bacarıqlarına yiyələnməsinin vacib olduğunu vurğulayıb.
Nazir müavini idman, musiqi və incəsənətlə məşğul olan gənclərin təhsil nailiyyətlərinin daha yüksək olduğunu, İkinci Qarabağ müharibəsi zamanı şəhid olan təhsil işçiləri və məktəblilərin heç zaman unudulmayacağını qeyd edib. Gənclərə vətənin müdafiəsi və qarşıya qoyulan vəzifələrə həmişə hazır olmağın əhəmiyyətini xatırladıb.
Görüşdə karyera inkişafı, uğurlu insanların motivasiya mənbəyi və şəxsi məsuliyyətin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Nazir müavini gənclərə dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil imkanlarından yararlanmağın vacibliyini də vurğulayıb.
Sonda iştirakçıların suallarını cavablandıran nazir müavini gənclərə sevdikləri işlə məşğul olmağı arzu edib.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
