Nazir müavini “Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbirində iştirak edib
Fevralın 17-də “Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbiri keçirilib.
Tədbir çərçivəsində çıxış edən rəsmi qonaqlar “Hüquqlarınla parla!” layihəsinin uşaqların öz hüquqları barədə məlumatlılığının artırılmasına, onların təhlükəsiz və sağlam mühitdə inkişafına dəstək göstərilməsinə, cəmiyyətdə hüquqi maarifləndirmənin genişləndirilməsinə xidmət etdiyini və layihə çərçivəsində əldə olunan nəticələrin gələcək təşəbbüslər üçün mühüm zəmin yaratdığını vurğulayıblar.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov cəmiyyətin ən həssas təbəqəsi olan uşaqların hüquqları və rifahının beynəlxalq gündəmin əsas mövzularından biri olduğunu vurğulayıb. Bildirib ki, uşaq hüquqlarının effektiv müdafiəsi üçün yalnız qanunvericilik mexanizmlərini təkmilləşdirmək kifayət deyil, həm də uşaq hüquqlarına hörmət mədəniyyətini formalaşdıraraq cəmiyyətin diqqətini bu problemə cəlb etmək lazımdır.
Nazir müavininin sözlərinə görə, əvvəllər beynəlxalq ictimaiyyət əsasən uşaqları onlayn risklərdən qorumağa fokuslanırdısa, bu gün əsas məqsəd uşaqların hüquqlarını tam şəkildə həyata keçirə biləcəyi təhlükəsiz, əlçatan və uşaq hüquqlarına əsaslanan rəqəmsal mühitin yaradılmasıdır.
Elm və Təhsil Nazirliyinin tabeliyindəki Uşaqların Müdafiəsi İdarəsinin fəaliyyətinə və “Məktəblinin dostu” layihəsinə toxunan nazir müavini qeyd edib ki, son 3 tədris ili ərzində Bakı şəhəri və regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrinə təhkim olunmaqla işə qəbul edilən sosial pedaqoqların əsas vəzifəsi şagirdin təhsildə müvəffəqiyyət qazanmasına maneçilik törədən faktorların aşkar edilməsi, onların aradan qaldırılması məqsədilə tədbirlərin görülməsi üçün əlaqədar qurumlarla müvafiq əlaqələndirmə işinin təşkil edilməsidir.
Çıxışlardan sonra “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı təqdimatla çıxış edərək layihə çərçivəsində görülən işlər barədə iştirakçıları məlumatlandırıb.
Tədbirin davamında təlimlərdə yüksək nəticə göstərən məktəblilər, eləcə də həssas kateqoriyadan olan uşaqlar üçün keçirilən keys müsabiqəsində ekspertlərin səsverməsi ilə seçilən qalib komandalar hədiyyə və diplomlarla, iştirak edən məktəblilər isə sertifikatlarla təltif olunublar.
17.02.2026 - 15:00
Digər xəbərlər
-
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır
10.08.2026 - 17:24 -
“Təhsil TV” yeni saytı ilə fəaliyyətini genişləndirir
10.08.2026 - 14:23 -
Özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib
07.08.2026 - 16:10 -
Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə başlanılır
06.08.2026 - 17:39 -
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır
04.08.2026 - 17:31
