Azərbaycan və Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq Sazişi imzalanıb
17.02.2026 - 17:45
Elm və təhsil naziri Emin Əmrullayev Mərakeş Krallığına səfəri çərçivəsində bu ölkənin ali təhsil, elmi tədqiqat və innovasiya naziri Azeddin Əl Midaui ilə görüşüb. Görüş zamanı tərəflər elm və ali təhsil sahəsində həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
Daha sonra “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Saziş ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə tələbələrin mübadiləsinin həyata keçirilməsi, elmi və ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması və birgə layihələrin icrası da daxil olmaqla bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Digər xəbərlər
-
İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
07.11.2026 - 11:24 -
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
07.11.2026 - 11:00 -
İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
07.11.2026 - 09:52 -
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50 -
Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
06.11.2026 - 17:15
