Çin Xalq Respublikasına səfər çərçivəsində "Huawei" şirkəti ilə görüş baş tutub
Elm və Təhsil Nazirliyinin nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində "Huawei" şirkətinin baş ofisində bir sıra görüşlər keçirilib.
Tərəflər informasiya-kommunikasiya texnologiyaları sahəsində mövcud əməkdaşlıq imkanlarını, xüsusilə təhsilin idarəolunması üzrə innovativ həlləri, eləcə də şirkətin tədqiqat və inkişaf istiqamətində qazandığı qabaqcıl təcrübəni müzakirə ediblər.
"Huawei" şirkətinin nümayəndələri tərəfindən süni intellekt sahəsində son texnoloji yeniliklər, rəqəmsal transformasiya strategiyaları və bu istiqamətdə həyata keçirilən qlobal layihələr barədə ətraflı təqdimat edilib. Xüsusilə təhsil və elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq çərçivəsində innovativ laboratoriyaların yaradılması, birgə tədqiqat proqramlarının təşkili, kadr hazırlığı və bilik transferi mexanizmləri müzakirə olunub.
13.02.2026 - 16:07
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
