Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və Təhsil Nazirliyi və Kapital Bank arasında uğurlu əməkdaşlıq davam edir

Elm və Təhsil Nazirliyi ilə Kapital Bank arasında formalaşmış əməkdaşlıq çərçivəsində 2025-ci il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən bir sıra sistemli layihələr həyata keçirilib. Bu təşəbbüslər təhsil ekosisteminin inkişafına, gənclərin potensialının reallaşdırılmasına və sosial rifahın yüksəldilməsinə xidmət edir.
 
Əməkdaşlığın ən uzunmüddətli və genişmiqyaslı istiqamətlərindən biri Respublika Fənn Olimpiadalarına göstərilən dəstəkdir. Kapital Bank 2017-ci ildən etibarən olimpiadaların təşkilinə töhfə verir. 2017–2025-ci illər ərzində 335 minədək şagird olimpiadalarda iştirak edib, 3 082 nəfər isə qalib adını qazanıb.
 
Ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində Bakı Mühəndislik Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Texnologiya Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Dövlət Universitetində müasir “Kapital Bank” otaqları yaradılıb. Bu otaqlarda bank mütəxəssisləri tərəfindən keçirilən təlimlər tələbələrin real iş mühiti ilə tanış olmasına imkan yaradır.

 

Birbank-ın təşəbbüsü ilə reallaşdırılan “Dəyişiklik Səndən Başlayır” layihəsi gənclər və uşaqlar arasında bullinqə qarşı mübarizəni və təhlükəsiz sosial mühitin formalaşdırılmasını hədəfləyir. Layihə çərçivəsində müəllim və təlimçilər üçün beynəlxalq təcrübəyə əsaslanan təlimlər keçirilir.
 
Eyni zamanda “Qırmızı Ürəklər” Fondu ilə birgə icra olunan “Onu Oxut” aksiyası vasitəsilə həssas əhali qruplarından olan 94 tələbəyə təhsil dəstəyi göstərilib.
 
Bundan əlavə, Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Visa” şirkətinin birgə layihəsi olan “TələbəPlus” çərçivəsində hazırda 25 universitet üzrə 190 min tələbə vahid güzəşt və endirimlərdən yararlanır. Təhsil sahəsində çalışanların sosial rifahının yüksəldilməsinə yönəlmiş “TəhsilPlus” layihəsinin isə 2026-cı ildən etibarən tətbiqi planlaşdırılır.
 
Elm və Təhsil Nazirliyi ilə Kapital Bank arasında əməkdaşlıq gələcək dövrdə də təhsilin inkişafına yönəlmiş layihələrin dəstəklənməsinə töhfə verməyə davam edəcək.

 

Qeyd edək ki, Kapital Bank Bir ekosisteminin aparıcı brendlərindən biridir.

 


12.02.2026 - 10:14