Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbələr üçün ixtisas yönümlü qış düşərgələri başa çatıb

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə tələbələr üçün 5-9 fevral tarixlərində keçirilən ənənəvi ixtisas yönümlü qış düşərgələri yekunlaşıb.
 

“Təhsil” İstirahət Mərkəzində baş tutan düşərgələrin əsas məqsədi iştirakçıların ixtisas biliklərinin dərinləşdirilməsi, analitik və tənqidi düşünmə, problem həll etmə, innovativ yanaşma, eləcə də liderlik və komanda işi bacarıqlarının inkişaf etdirilməsi olub. Layihə çərçivəsində gənclərin gələcək akademik və peşəkar fəaliyyətə hazırlıq səviyyəsinin artırılması prioritet kimi müəyyən edilib.
 

Cari il üzrə düşərgələr iki istiqaməti əhatə edib. Riyaziyyat sahəsi üzrə “MathCamp2026” layihəsi “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və “PathtoMath” Həvəskar Riyaziyyatçılar Klubunun birgə təşkilatçılığı ilə həyata keçirilib. Texnologiya və mühəndislik istiqamətləri üzrə “TechCamp2026” düşərgəsi isə “ESTIEM LG Baku” və “EESTEC LG Baku” təşkilatlarının tərəfdaşlığı çərçivəsində təşkil olunub.
 

Düşərgələrdə seçim mərhələsindən keçmiş riyaziyyat, texnologiya, mühəndislik və əlaqəli sahələr üzrə təhsil alan əlli nəfərə yaxın perspektivli tələbə iştirak edib. Proqram çərçivəsində ixtisaslaşmış təlimlər, praktiki məşğələlər, layihə əsaslı fəaliyyətlər və mentorluq görüşləri keçirilib.
 

Qeyd edək ki, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi gənclərin bilik və bacarıqlarının inkişafına yönəlmiş tədris və innovasiya yönümlü təşəbbüsləri ardıcıl şəkildə uğurla həyata keçirir. Təşkilatın bu istiqamətdəki fəaliyyəti gənclərin intellektual inkişafının dəstəklənməsi, sosial fəallığının artırılması və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


10.02.2026 - 14:30