Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası keçirilib

Elm və Təhsil Nazirliyində “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi üzrə ötən ilin yekunlarına həsr olunmuş “İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda təhsil sahəsində son dövrlərdə həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr, mövcud çağırışlar və qarşıdakı dövr üçün planlar müzakirə olunub.
 

İşçi qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə açılış nitqi ilə çıxış edərək Strategiyada nəzərdə tutulan tədbirlər üzrə ötən dövrdə əldə edilmiş nəticələr barədə ətraflı məlumat verib, həmçinin yekun hesabatın hazırlanması zamanı nəzərə alınmalı əsas məqamları diqqətə çatdırıb.
 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn çıxışında işçi qrupun üzvlərinə göstərdikləri təşəbbüskarlığa görə təşəkkür edərək “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi üzrə tədbirlərin yüksək səviyyədə icra olunduğunu qeyd edib. 
 

Daha sonra Mərkəzin İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımov görülmüş işlərə dair monitorinq hesabatını təqdim edib. Hesabatda hədəf indikatorları üzrə icra vəziyyəti, mövcud çətinliklər, irəli sürülən təkliflər və növbəti dövr üçün planlar barədə ətraflı məlumat verilib. 
 

Təqdimatdan sonra işçi qrupun üzvlərinin iştirakı ilə müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib, görülən işlərin effektivliyinin artırılması məqsədilə tövsiyələrə uyğun olaraq növbəti addımlar müəyyən edilib.


06.02.2026 - 15:43