“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində MAA-da görüş keçirilib
Elm və Təhsil Nazirliyinin "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə Milli Aviasiya Akademiyasında (MAA) işçi görüş keçirilib. Görüşdə Milli Aviasiya Akademiyasının inzibati heyəti iştirak edib.
Görüş zamanı Milli Aviasiya Akademiyasında laboratoriyalarda həyata keçirilən elmi-tədqiqat fəaliyyəti barədə məlumat verilib. Eyni zamanda, tədrisin təşkili, təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması, akademik və inzibati proseslərin çevikliyinin təmin olunması, ali təhsil pilləsi ilə yanaşı Milli Kvalifikasiya çərçivəsinin digər səviyyələrində də kadr hazırlığının mümkünlüyü, habelə bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi ilə əlaqədar məsələlər ətrafında müzakirələr aparılıb.
Görüş çərçivəsində elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlıq imkanları, institusional inkişaf məsələləri və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
29.01.2026 - 10:00
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28 -
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19 -
“Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı Bahar Muradova olub
02.10.2026 - 15:01
