Nazir müavini Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasında çıxış edib
Yanvarın 13-də Bakıda keçirilmiş Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasında elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib.
İclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iştirakçıları məlumatlandırıb. Nazir müavini çıxışında İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təhsil layihələrinin dəstəklənməsi, eləcə də ümumi və ali təhsil müəssisələri arasında akademik əlaqələrin dərinləşdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib.
Komissiyanın iclasında həmçinin iki ölkə arasında ticari-iqtisadi, sənaye, energetika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, eləcə də mədəniyyət sahələrində əməkdaşlığın mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları müzakirə olunub.
Yekunda iclasın yekunlarına dair Protokol imzalanıb.
13.01.2026 - 16:46
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28 -
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19 -
“Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı Bahar Muradova olub
02.10.2026 - 15:01
