“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin nəticələri açıqlanıb
Elm və Təhsil Nazirliyi tərəfindən 2025-ci ildə həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqəyə ümumilikdə 107 layihə təqdim olunub. Bütün layihələr əvvəlcə texniki ekspertiza mərhələsindən keçirilib və nəticədə onlardan 99-u məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Məzmun qiymətləndirilməsi mərhələsində layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan layihələr Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənclər Fondu ilə razılaşdırılıb. Nəticə etibarı ilə qeyri-hökumət təşkilatları tərəfindən daxil olmuş 16 layihəyə qrant ayrılıb.
Müsabiqə nəticəsində qrant ayrılmış layihələrlə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
25.12.2025 - 15:23
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28 -
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19 -
“Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı Bahar Muradova olub
02.10.2026 - 15:01
