Həsən Həsənli Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclasında çıxış edib
Elm və təhsil nazirinin müavini Həsən Həsənli dekabrın 22-də Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclasında iştirak edib.
Hökumətlərarası Komissiyanın iclasında ilk öncə həmsədrlər - Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz çıxış ediblər.
İclasda çıxış edən nazir müavini Həsən Həsənli iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iclas iştirakçılarını məlumatlandırıb. Nazir müavini Türkiyə–Azərbaycan Universitetinin (TAU) ali təhsil sahəsində uğurlu əməkdaşlığı, eyni zamanda universitetin fəaliyyəti, nəticələri və ali təhsil sistemində növbəti imkanları barədə məlumat verib.
Həsən Həsənli çıxışında həmçinin qarşılıqlı tələbə və elmi-akademik heyətin mübadiləsinin genişləndirilməsi, peşə təhsili, ümumi təhsil və ali təhsil müəssisələri arasında akademik əlaqələrin dərinləşdirilməsi istiqamətində görülmüş işlərdən bəhs edib.
Yekunda iclasın yekunlarına dair Protokol imzalanıb.
23.12.2025 - 11:01
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28 -
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19 -
“Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı Bahar Muradova olub
02.10.2026 - 15:01
