Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümündə I dövrəyə yekun vurulub
Ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növü üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümü üzrə I dövrəyə yekun vurulub.
Azərbaycan Texniki Universitetinin idman kompleksində keçirilən və 14 ali təhsil müəssisəsinin komandalarının iştirak etdiyi oyunların nəticələrinə görə ən çox xal toplayan və ilk altılığa düşən Azərbaycan İdman Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universitetinin komandaları A qrupunda, ilk altılıqda yer almayan Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Odlar Yurdu Universitetinin komandaları B qrupunda mübarizəni davam etdirəcəklər.
Liqanın II dövrəsinin oyunlarına tələbələrin qış imtahan sessiyasından sonra — 2026-cı ilin fevral ayının 20-dən sonra başlanılması və 15 may tarixinədək davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.
22.12.2025 - 18:00
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28 -
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19 -
“Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı Bahar Muradova olub
02.10.2026 - 15:01
