Nazir müavini Azərbaycan Şahmat Federasiyasının hesabat tədbirində iştirak edib
Dekabrın 22-də Azərbaycan Şahmat Federasiyasının (AŞF) 2025-ci ilin yekunlarına həsr olunan tədbiri keçirilib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə iştirak edib.
Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov və AŞF-nin prezidenti Mahir Məmmədov çıxış ediblər, eləcə də federasiyanın hesabatı dinlənilib.
Sonra beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında uğurla çıxış edən şahmatçılarımız, eləcə də il ərzində şahmatın inkişafına töhfə vermiş şəxslər təltif olunublar.
Tədbir çərçivəsində Azərbaycan Şahmat Federasiyasıyla Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi arasında niyyət protokolu rəsmiləşdirilib. Sənədi AŞF prezidenti Mahir Məmmədovla Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov imzalayıb.
22.12.2025 - 17:10
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28 -
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19 -
“Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı Bahar Muradova olub
02.10.2026 - 15:01
