Nazir müavini Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin Ümumi Yığıncağında iştirak edib
Dekabrın 18-də Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib. Konfransda gündəlikdə duran məsələlər elan olunub, 2025-ci il ərzindəki fəaliyyət haqqında Federasiyanın prezidenti Firudin Qurbanov tərəfindən hesabat təqdim edilib.
Konfransın gündəliyində yer alan məsələlərə əsasən İcraiyyə Komitəsinin say tərkibində dəyişiklik edilib, Komitə üzvlərinin sayı 7-dən 9-a artırılıb. Azərbaycan Tələbə Liqasının cari ildəki fəaliyyətinin və Təftiş Komissiyasının yekun hesabatı təqdim edilib.
Konfrans zamanı Xorvatiyada keçirilən 14-cü Futzal üzrə Universitetlərarası Avropa çempionatında ölkəmizi uğurla təmsil edən və çempion adını qazanan Azərbaycan İdman Akademiyasının komandasının bu nailiyyətinə görə ATFF İB-nin rəhbərliyinə təşəkkür edilib.
Konfrans iştirakçılarının səsverməsi nəticəsində Tehranağa Abdullayev, Tural Qarayev, Elşad Quliyev İcraiyyə Komitəsinə üzv seçiliblər.
Konfransda ATFF İB İcraiyyə Komitəsinin üzvləri, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, ATFF İB-yə üzv olan ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri, veteran futbolçular iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin əsas məqsədi ali və orta ixtisas təhsili müəssisələrində futbol idman növünü inkişaf etdirmək, daha çox komandaların çempionatlarda, tələbə futbol yığma komandalarının beynəlxalq səviyyədə iştirakını təmin etməkdir.
18.12.2025 - 18:36
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28 -
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19 -
“Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı Bahar Muradova olub
02.10.2026 - 15:01
