Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kollektivə təqdim olunub
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru İlqar Bayramlı kollektivə təqdim edilib.
Təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev İlqar Bayramlını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir peşə təhsilinin əmək bazarının tələblərinə uyğun kadr hazırlığında mühüm rol oynadığını qeyd edərək bu sahədə həyata keçirilən islahatlar və qarşıdakı dövr üçün əsas prioritetlər barədə danışıb.
Nazir ölkə Prezidenti cənab İlham Əliyevin “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələri xüsusi qeyd edib, həmçinin işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsinin və peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən İlqar Bayramlı göstərilən etimada görə təşəkkür edib, agentliyin fəaliyyətinin dövlət siyasətinə uyğun şəkildə daha da təkmilləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
18.12.2025 - 16:39
Digər xəbərlər
-
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19 -
“Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı Bahar Muradova olub
02.10.2026 - 15:01 -
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb
01.10.2026 - 16:35 -
Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət edib
01.10.2026 - 10:18 -
Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
30.09.2026 - 21:18
