Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir

Dekabrın 15-də Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfransın açılış mərasimi baş tutub. 


Konfransın əsas məqsədi yeniyetmə və gənclərin sağlam dini biliklərə yiyələnməsi, onların milli-mənəvi dəyərlərə və Vətənə sədaqət ruhunda tərbiyə olunması, həmçinin yad dini-ideoloji təsirlərdən qorunması istiqamətində maarifləndirmə fəaliyyətinin daha sistemli şəkildə təşkili yollarını müzakirə etməkdir.


Konfransın açılış mərasimində tədbirin mövzusunun aktuallığına toxunan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, konfrans çərçivəsində aparılan müzakirələr din və təhsil münasibətlərinin düzgün qurulması, gənc nəslin sağlam düşüncə ruhunda formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu mövzuların müzakirəsi gələcəkdə daha sistemli və effektiv yanaşmaların formalaşmasına töhfə verəcək.
 

Konfransda çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın mövzusunun ölkəmizin sürətli inkişafı və müasir dövrün çağırışları fonunda xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. Firudin Qurbanov bildirib ki, mənəvi-əxlaqi yönümlər və ənənəvi dəyərlər təhsil prosesində xüsusi əhəmiyyət qazanır və şagirdlərin, tələbələrin şəxsiyyət kimi formalaşmasına təsir edir.
 

Nazir müavini qeyd edib ki, Azərbaycanda təhsil dünyəvi xarakterdə olsa da dini fanatizmlə mübarizədə mühüm rol oynayır, çünki o, tənqidi düşüncəni, tolerantlığı, müxtəlif dinlərin və mədəniyyətlərin əsasları haqqında bilikləri inkişaf etdirir, həmçinin rasional təhlil bacarıqlarını formalaşdırır.


Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov ölkədə din təhsili ilə bağlı məsələlərə diqqət çəkərək din mədəniyyətinin xüsusilə məktəblərdə öyrədilməsinin faydalı olduğunu deyib. 


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa dünyəvi dövlətdə dini dünyagörüşünün formalaşmasında dini düşüncənin düzgün anlaşılmasının və onun dünyəvi prinsiplər əsasında öyrədilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. 


Çıxışlardan sonra konfrans işini “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlim modelləri” və  “Dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası” adlı panellərlə davam etdirir.


15.12.2025 - 13:00