Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
Dekabrın 12-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Açılış nitqi ilə çıxış edən Akademiyanın rektoru Fərhad Bədəlbəyli ulu öndərlə bağlı xatirələrini bölüşüb, Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında olan xidmətlərindən söz açıb.
Mərasimdə iştirak edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu ümummilli lider Heydər Əliyevin mədəniyyət sahəsinə bağlılığından, ulu öndərin daima mədəniyyət xadimlərinə olan diqqətindən danışıb.
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivinin, eləcə də ali təhsil müəssisələrinin rektorlarının iştirak etdiyi mərasimdə çıxışlardan sonra mahnı və romanslar səsləndirilib.
12.12.2025 - 18:20
Digər xəbərlər
-
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10 -
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52 -
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
06.10.2026 - 11:36 -
Nazir Somali Federativ Respublikasının fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
05.10.2026 - 17:45 -
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22
