Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib
Elm və Təhsil Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyəti 26–29 noyabr 2025-ci il tarixlərində Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib.
Özbəkistan Respublikası Baş Prokurorluğu yanında Hüquq-Mühafizə Akademiyası tərəfindən “Müasir çağırışlar kontekstində qanunun aliliyinin təmin edilməsi: problemlər və həlli yolları” mövzusunda təşkil edilmiş beynəlxalq elmi-praktiki konfransda Elm və Təhsil Nazirliyi Daxili nəzarət şöbəsi ilə təmsil olunub.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəhbər heyətinin də iştirak etdiyi konfrans çərçivəsində “Rəqəmsal dövrdə hüquq-mühafizə fəaliyyətində elm və təhsil: problemlər və innovativ həllər”, “Korrupsiya 2.0: rəqəmsal risklər və innovativ həll yolları” və digər mövzularda panel müzakirələr aparılıb.
Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov rəqəmsal dövrdə qanunun tənzimləyici rolu, elm və təhsil sahəsində hüquqpozmalara qarşı preventiv tədbir kimi maarifləndirmə tədbirlərinin təşkilinin əhəmiyyətinə toxunub.
34 ölkədən 49 ekspertin iştirakı və ümumilikdə 250-dən çox yerli və beynəlxalq nümayəndə və təşkilatların qatıldığı, eləcə də müxtəlif ölkələrin dövlət orqanlarının təmsil edildiyi konfransda yeni qurulmuş akademiyanın infrastrukturu və tədris metodikası, cinayət-axtarış, korrupsiyaya qarşı mübarizə texnologiyaları və aidiyyəti sahədə süni intellektdən istifadə barədə ətraflı məlumat verilib.
02.12.2025 - 16:18
Digər xəbərlər
-
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
27.07.2026 - 12:33 -
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25.07.2026 - 11:34 -
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48 -
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
24.07.2026 - 14:56
