Tələbə Basketbol Liqasının 2025/2026 mövsümünə start verilib
Noyabrın 28-də ali təhsil müəssisələrinin tələbələri arasında Tələbə Basketbol Liqasının 2025/2026 mövsümünün açılış mərasimi keçirilib.
Bakı İdman Sarayında təşkil olunan tədbirdə Elm və Təhsil Nazirliyinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Basketbol Federasiyasının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Rəsmi açılışdan sonra liqanın ilk oyunu keçirilib. A qrupunda mübarizə aparan Azərbaycan Texniki Universitetinin komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandasını 113–56 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 8 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı liqaya 2026-cı ilin aprel ayında yekun vurulacaq.
Tələbə Basketbol Liqası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilir.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında basketbol idman növünün təbliği, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət yığma komandaların heyətinin müəyyənləşdirilməsi və onlar arasında vətənpərvərlik, dostluq əlaqələrinin gücləndirilməsindən ibarətdir.
29.11.2025 - 11:00
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28 -
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19 -
“Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı Bahar Muradova olub
02.10.2026 - 15:01
