Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilərarası Milli Hakaton – 2025-in final mərhələsinə infotur təşkil olunub

Noyabrın 28-də "Məktəblilərarası Milli Hakaton – 2025" müsabiqəsinin final mərhələsi ilə yaxından tanış olmaq məqsədilə infotur təşkil olunub.
 

İnfoturda Elm və Təhsil Nazirliyi və tabe qurumların əməkdaşları, nazirlik yanında İctimai Şuranın üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil mütəxəssisləri, özəl sektorların əməkdaşları, media nümayəndələri və influenserlər iştirak ediblər.
 

İnfotur iştirakçılarına komandaların qeydiyyatı, mərhələlər üzrə qiymətləndirmə prosesi, mentor dəstəyi və layihələrin hazırlanma qaydası barədə ətraflı məlumat verilib. İştirakçılar finala çıxan komandaların iş prosesini yaxından izləyərək yaradıcı mühitin və texnoloji təminatın necə tətbiq olunduğunu müşahidə ediblər.
 

Prosesi izləyən qonaqlar hakatonun müasir texnologiyalarla təşkil olunmasını, şəffaf və ictimaiyyətə açıq şəkildə keçirilməsini yüksək qiymətləndirərək bunun məktəblilər arasında innovativ düşüncənin və rəqəmsal bacarıqların inkişafına töhfə verdiyini bildiriblər.
 

Qeyd edək ki, finalda komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət üzrə layihələr hazırlayaraq veb-saytlar, mobil tətbiqlər və oyunlar təqdim edirlər. Proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, IT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.


28.11.2025 - 17:17