Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
“Məktəblərdə Konstitusiya və Suverenlik ayı” layihəsinə yekun vurulub
Noyabrın 28-də Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Məktəblərdə Konstitusiya və Suverenlik ayı” layihəsinin yekun tədbiri keçirilib.
Layihənin keçirilməsində məqsəd postmüharibə dövründə formalaşan yeni milli ideoloji prioritetlərin, milli dəyərlərin və vətəndaşlıq şüurunun şagirdlər arasında təbliği, onların hüquqi biliklərinin artırılması və dövlətçilik tariximizə dair anlayışlarının dərinləşdirilməsi olub.
Tədbirdə məktəblilərin ifasında mahnılar səsləndirilib, rəqslər nümayiş etdirilib, gənclərin milli vətənpərvərlik ruhunun yüksəldilməsinə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Qeyd edək ki, “Məktəblərdə Konstitusiya və Suverenlik ayı” çərçivəsində respublikada fəaliyyət göstərən ümumi təhsil müəssisələrində dəyirmi masalar, debatlar, məqalə və kitablarla tanışlıq, sinif təşkilat saatları, seminar və müsabiqələr təşkil edilib, maairfləndirici stendlər, videoçarxlar nümayiş olunub.
28.11.2025 - 16:39
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28 -
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19 -
“Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı Bahar Muradova olub
02.10.2026 - 15:01
