HTP çərçivəsində Macarıstanda təhsil imkanı
2026-2027-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanda təhsillə bağlı sənəd qəbulu başlayıb.
Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı təqdim edir.
Sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində 22 dekabr 2025-ci il saat 23:59-dək aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (Tempus Public Foundation) yekun qərarının 2026-cı ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.
Məlumat üçün bildiririk ki, təqaüd proqramı Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2024–2026-cı illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən həyata keçirilir.
HTP çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
18.11.2025 - 11:17
Digər xəbərlər
-
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20 -
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib
08.05.2026 - 14:00 -
Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşları qəbul edəcək
07.05.2026 - 15:50 -
"Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıblar
07.05.2026 - 15:17 -
Nazir müavini “Sərhəd” hərbi-idman oyunlarının yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib
07.05.2026 - 15:00
