Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanda psixoloji reabilitasiya sahəsində təhsilə dəstək

bp daha bir beynəlxalq elmi vəsaitin Azərbaycan dilinə tərcüməsini təqdim edib.
 

Noyabrın 17-də keçirilən təqdimat mərasimində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə iştirak edib. 
 

Tədbir iştirakçılarına məlumat verilib ki, yeni tərcümə olunmuş “PTSP hallarında koqnitiv işlənmə terapiyası: müfəssəl vəsait” kitabı posttravmatik stres pozuntusu (PTSP) halları zamanı koqnitiv işlənmə terapiyası (KİT) sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.
 

Təqdimat mərasimində çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin sözlərinə görə, bu kitab müharibə stresi və digər stres travmalarından əziyyət çəkən insanların reabilitasiyası üçün çox vacib mənbədir. Qeyd edib ki, kitabın nəşrinə dəstək verməkdə məqsəd Azərbaycanda psixoloji reabilitasiyanın, o cümlədən emosional və psixoloji travma yaşamış insanların əqli sağlamlığının reabilitasiyasının sürətləndirilməsinə kömək etməkdir. Bu nəşr stres travması yaşayan insanlarla işləyən mütəxəssislərin bilik və bacarıqlarının daha da artırılmasına, eləcə də PTSP-u olan şəxslər və onların ailə üzvlərinin bu sahədə maariflənməsinə də kömək edəcək. 
 

Kitab təhsil müəssisələrinə, psixologiya fakültələrinə və stres travması reabilitasiyası ilə məşğul olan tibb müəssisələrinə bp-nin hədiyyəsidir.
 

Əlavə edilib ki, bu kitabın tərcüməsi və nəşri təşəbbüsü beynəlxalq xeyriyyə təşkilatı olan “For Azerbaijan” tərəfindən həyata keçirilən və həssas qruplar üçün dayanıqlı həllər təmin etmək məqsədi daşıyan “Azərbaycanda Psixoloji Reabilitasiya Potensialının Gücləndirilməsi” adlı geniş əhatəli layihənin bir hissəsidir.
 

Qeyd edək ki, bu layihə bp-nin yerli universitetlərə dünyada tanınmış qabaqcıl akademik materiallara, bilik və təcrübələrə çıxış imkanı təmin etməklə tədris və təlim prosesinin gücləndirilməsinə dəstək olmaq üçün həyata keçirdiyi geniş təhsil proqramının bir hissəsidir və beynəlxalq şirkətin ölkədə təhsilin inkişafına dəstək olmaq istiqamətində uzunmüddətli öhdəliyi çərçivəsində növbəti əhəmiyyətli addımdır.
 

Bununla da bp-nin dünyanın ən qabaqcıl akademik resurslarının Azərbaycana gətirilməsi məqsədilə nəşr etdiyi kitabların sayı 30-a çatıb.


17.11.2025 - 15:00