Tələbələr arasında minifutbol turnirinə yekun vurulub
Noyabrın 14-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin tələbələri arasında keçirilən minifutbol idman növü üzrə turnirə yekun vurulub.
8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunan turnirdə peşə təhsili müəssisələrindən iki yüz nəfərə yaxın tələbə iştirak edib.
Yarışda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandasına qalib gələrək III yerə layiq görülüb. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandasını məğlub edərək turnirin qalibi olub.
Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib. I, II və III yerlərin qaliblərinə medal və hədiyyələr, çempion komandaya kubok təqdim olunub. Turnirdə oyunların idarə olunmasında səmərəli fəaliyyətinə görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Hakimlər Komitəsinə “Təşəkkürnamə”, oyunlarda fərqlənən futbolçulara “Ən yaxşı oyunçu” və “Ən yaxşı qapıçı” nominasiyaları üzrə diplomlar təqdim edilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi şəxsləri iştirak ediblər.
Qeyd edək ki, turnirin keçirilməsində məqsəd tələbələr arasında dostluq və komanda ruhunu gücləndirmək, minifutbol idman növünə olan marağı artırmaq, 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin əhəmiyyətini gənclərə çatdırmaq və onlarda vətənpərvərlik ruhunu möhkəmləndirmək olub.
14.11.2025 - 18:00
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28 -
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19 -
“Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı Bahar Muradova olub
02.10.2026 - 15:01
