• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Zəfər Gününə həsr olunmuş basketbol turniri keçirilib

Noyabrın 7-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin tələbələri arasında keçirilən basketbol idman növü üzrə turnirə yekun vurulub.
 

8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunan turnirdə  peşə təhsili müəssisələrindən yüz nəfərə yaxın tələbə iştirak edib. Yarışda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandasına qalib gələrək III yerə layiq görülüb. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandasını məğlub edərək turnirin qalibi olub.
 

Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib. I, II və III yerlərin qaliblərinə medal və hədiyyələr, çempion komandaya kubok təqdim olunub. Turnirdə oyunların idarə olunmasında səmərəli fəaliyyətinə görə Azərbaycan Basketbol Federasiyasının İdman Departamentinə “Təşəkkürnamə”, oyunlarda fərqlənən basketbolçuya “Ən yaxşı oyunçu” nominasiyası üzrə diplom təqdim edilib.
 

Tədbirdə Elm və Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Azərbaycan Basketbol Federasiyasının rəsmi şəxsləri iştirak ediblər.
 

Qeyd edək ki, turnirin keçirilməsində məqsəd tələbələr arasında dostluq və komanda ruhunu gücləndirmək, basketbol idman növünə olan marağı artırmaq, 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin əhəmiyyətini gənclərə çatdırmaq və onlarda vətənpərvərlik ruhunu möhkəmləndirmək olub.


07.11.2025 - 17:36