Nazir Zəfərin 5 illiyinə həsr olunmuş "Qələbənin işığında" adlı tədbirdə iştirak edib
Noyabrın 5-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş "Qələbənin işığında" mövzusunda tədbir keçirilib.
Tədbirdə dövlət rəsmiləri, şəhid ailələrinin üzvləri, eləcə də müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev dövlət başçısının rəhbərliyi ilə müharibə əlilləri, şəhid ailələri və veteranların sosial təminatı məqsədilə geniş proqramlar həyata keçirildiyini diqqətə çatdırıb. Nazir əlavə edib ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas kateqoriyalardan olan şəxslərə, o cümlədən şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və övladlarına müxtəlif xidmətlər təqdim olunur. Bu qəbildən olan şəxslərin bilik və bacarıqlarının artırılması üzrə işlər aparılır.
Tədbir bədii hissə ilə davam etdirilib, şəhid övladlarının çəkdiyi fotolardan ibarət sərgi nümayiş olunub.
05.11.2025 - 17:59
Digər xəbərlər
-
Nazir müavini Həsən Həsənlinin Qazaxdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
14.09.2026 - 12:10 -
İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
14.09.2026 - 10:56 -
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
11.09.2026 - 16:00 -
Emin Əmrullayev AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib
10.09.2026 - 17:00 -
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09.09.2026 - 16:39
