“Sabahın alimləri” XV respublika layihə müsabiqəsinə qeydiyyat başlayır!
Noyabrın 5-dən etibarən “Sabahın alimləri” XV respublika layihə müsabiqəsinə qeydiyyat başlayır.
ABŞ-nin "Society for Science" təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XV respublika layihə müsabiqəsi keçiriləcək.
Müsabiqənin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər 5 noyabr saat 15:00-dan etibarən 26 dekabr saat 17:00-dək https://anket.edu.az/user/281 platforması üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar.
Müsabiqə ilə bağlı qayda və formaları, eyni zamanda əlavə məlumatı https://sabahinalimleri.edu.az/ və https://arti.edu.az/ portalından əldə edə bilərsiniz.
Formalar:
Tədqiqat planı-Layihə xülasəsi
Qaydalar: “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin keçirilmə qaydaları
Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri Amerika Birləşmiş Ştatlarında keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) iştirak edəcəklər.
Əlavə suallarla bağlı aşağıda qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərsiniz:
Mob: +99451 8167817
05.11.2025 - 14:52
Digər xəbərlər
-
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20 -
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib
08.05.2026 - 14:00 -
Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşları qəbul edəcək
07.05.2026 - 15:50 -
"Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıblar
07.05.2026 - 15:17 -
Nazir müavini “Sərhəd” hərbi-idman oyunlarının yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib
07.05.2026 - 15:00
