Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
4 noyabr saat 10:00-dan etibarən Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə başlanılacaq. Qeydiyyat prosesi 18 noyabr saat 12:00-dək davam edəcək.
Şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar 051 206 78 48 nömrəsinə “WhatsApp” üzərindən müraciət etmək mümkündür.
Şagirdlər qeydiyyatdan keçdikdən sonra əvvəlcə noyabr ayında məktəb turunda iştirak edəcəklər. Məktəb turunun keçirilmə tarixini təhsil aldıqları ümumi təhsil müəssisələrindən öyrənməlidirlər. Məktəb turunda uğurlu nəticə göstərən şagirdlər regional təhsil idarələrinin nəzdində yaradılmış Təşkilat Komitəsinin qərarı ilə 2026-cı ilin yanvar ayında keçiriləcək rayon (şəhər) mərhələsində iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur. Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.
04.11.2025 - 09:30
Digər xəbərlər
-
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb
30.07.2026 - 17:25 -
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
27.07.2026 - 12:33 -
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25.07.2026 - 11:34 -
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48
