Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə start verilib

Noyabrın 1-də ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə start verilib.
 

Liqanın A qrupunda mübarizə aparan Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Mühəndislik Universitetinin komandalarının qarşılaşması olub, oyun 1:6 hesabı ilə başa çatıb. Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandasına 6:0, Bakı Dövlət Universitetinin komandası Milli Aviasiya Akademiyasının komandasına 3:1 hesabla qalib gəlib.
 

Liqanın B qrupunda qarşılaşan Odlar Yurdu Universitetinin komandası Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandasına 0: 6 hesabla məğlub olub. Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Bakı Slavyan Universitetinin komandasına 7:1, Bakı Ali Neft Məktəbinin komandası Azərbaycan Tibb Universitetinin komandasına 4:0 hesabla qalib gəlib.
 

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.
 

14 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı turnirə 2026-cı ilin may ayında yekun vurulacaq. Yarışlarda I, II, III yerləri tutan komandalar medal, pul mükafatı, çempion komanda kubok ilə, liqada fərqlənən 3 tələbə-futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi” və “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq.
 

Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasından ibarətdir.


03.11.2025 - 15:03