Nazir müavini Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb
Özbəkistanın Səmərqənd şəhərində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Baş Konfransının 43-cü sessiyası çərçivəsində elm və təhsil nazirinin müavini Həsən Həsənli Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Ezozxon Karimova ilə görüş keçirib.
Görüş zamanı məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf istiqamətləri müzakirə olunub.
Tərəflər təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, həmçinin məktəbəqədər və ümumi təhsil sisteminin müasirləşdirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
01.11.2025 - 11:00
Digər xəbərlər
-
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
06.10.2026 - 11:36 -
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28 -
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19
