Həsən Həsənli UNESCO-nun Baş Konfransının 43-cü Sessiyası çərçivəsində Nazirlər Dialoqunda iştirak edib
Elm və təhsil nazirinin müavini Həsən Həsənli Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Baş Konfransının 43-cü Sessiyası çərçivəsində təşkil olunmuş “Sabahı bu gün formalaşdırmaq: dayanıqlı gələcək üçün zəruri bacarıqlar” adlı Nazirlər Dialoqunda iştirak edib. Nazirlər Dialoqunda müxtəlif ölkələrin Təhsil nazirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək yaşıl və rəqəmsal keçidlər, eləcə də gələcək nəsillərin dayanıqlı bacarıqlarla təmin olunması məsələlərini müzakirə ediblər.
Daha sonra elm və təhsil nazirinin müavini Həsən Həsənli konfrans çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
Nazir müavini Qırğız Respublikasının təhsil naziri Dogdurkul Kendirbayeva, San-Marino Respublikasının təhsil və mədəniyyət, universitetlər və elmi tədqiqatlar, gənclər siyasəti katibi Teodoro Lonfernini, Qvineya Respublikasının ali təhsil, tədqiqatlar və innovasiya nazirinin müavini Conté Facinet ilə görüşüb. Görüşlər zamanı ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
31.10.2025 - 17:30
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52 -
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
06.10.2026 - 11:36 -
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28
