Qarabağ Universiteti ilə SOCAR arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Qarabağ Universiteti ilə SOCAR arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Xankəndi şəhərində keçirilən imzalanma mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva və Qarabağ Universitetinin rektoru Şahin Bayramov iştirak ediblər.
Çıxışlarda əməkdaşlığın praktik əhəmiyyətindən bəhs olunaraq bu tərəfdaşlığın qurulmasından məmnunluq ifadə edilib. Bildirilib ki, SOCAR ilə Qarabağ Universiteti arasında qurulan əməkdaşlıq “SOCAR Türkiyə”, “SOCAR Midstream Gas Operations” MMC, həmçinin bp və digər tərəfdaş şirkətlər arasında qarşılıqlı bilik və təcrübə mübadiləsi, birgə inkişaf imkanlarının gücləndirilməsi, təhsilə sosial sərmayə layihələrinin idarə edilməsi baxımından mühüm körpü rolunu oynayacaq.
Rəsmi tədbirdən sonra universitetin bir qrup tələbəsi ilə görüş keçirilib.
SOCAR nümayəndələri Qarabağ Universitetinin infrastrukturu, İncəsənət fakültəsi, ali təhsil müəssisəsinin tibb klinikası və yataqxana kompleksi ilə tanış olublar.
Qeyd edək ki, SOCAR ilə Qarabağ Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsi təhsil və sənaye arasında daha sıx əlaqələrin qurulmasına, rəqabətqabiliyyətli insan kapitalının inkişafına töhfə vermək məqsədi daşıyır.
Əməkdaşlıq çərçivəsində tələbələr üçün təcrübə və təqaüd proqramlarının təşkili, “SOCAR Türkiyə” və “SOCAR Midstream Gas Operations” MMC tərəfindən elmi-tədqiqat və innovativ layihələrin dəstəklənməsi, həmçinin Bakı Ali Neft Məktəbi və Qarabağ Universiteti arasında müştərək tədris proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.
01.11.2025 - 15:00
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
