Firudin Qurbanov Azərbaycan və Belarus arasında hökumətlərarası komissiyanın 15-ci iclasında çıxış edib
Oktyabrın 28-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 15-ci iclasında iştirak edib.
Nazirlər Kabinetində keçirilən iclasda nazir müavini çıxış edərək Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında elm və təhsil sahəsində cari əməkdaşlıq istiqamətləri haqqında məlumat verib. Nazir müavini çıxışında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təhsil layihələrinin dəstəklənməsi və ali təhsil müəssisələri arasında akademik əlaqələrin dərinləşdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib.
Hökumətlərarası Komissiyanın iclasında həmçinin iki ölkə arasında siyasi, iqtisadi, ticarət və sənaye, enerji, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları, eləcə də mədəniyyət sahələrində əməkdaşlığın cari vəziyyəti və potensial imkanlar müzakirə edilib.
Sonda iclasın yekunlarına dair Protokol imzalanıb.
28.10.2025 - 16:26
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52 -
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
06.10.2026 - 11:36 -
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28
