Zəfər Gününə həsr olunmuş idman yarışları keçirilir
1 il əvvəl
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin tələbələri arasında 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş minifutbol və basketbol üzrə turnirə start verilib.
Turnirdə minifutbol üzrə 16, basketbol üzrə isə 8 peşə təhsili müəssisəsinin komandası iştirak edir. Yarışlara ümumilikdə 300-ə yaxın tələbə qatılıb. Müsabiqəyə noyabr ayında yekun vurulacaq.
Qalib komandalar Elm və Təhsil Nazirliyi tərəfindən mükafatlandırılacaq. I, II və III yerlərə layiq görülən komandalar medal və hədiyyələrlə təltif ediləcəklər.
Qeyd edək ki, turnirlərin məqsədi tələbələr arasında dostluq və komanda ruhunu gücləndirmək, minifutbol və basketbola marağı artırmaq, 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin əhəmiyyətini gənclərə çatdırmaq və onlarda vətənpərvərlik ruhunu möhkəmləndirməkdir.
Digər xəbərlər
-
Nazir Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universitetinin Şura sədri və Partiya Komitəsinin katibi ilə görüşüb
25.11.2026 - 17:34 -
Nazir müavini “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimində iştirak edib
25.11.2026 - 17:30 -
Pakistan İslam Respublikasının Baş nazirinin Gənclər Proqramının Baş direktoru ilə görüş keçirilib
25.11.2026 - 15:30 -
IV “Maarifçi” tələbə-məzun proqramı yekunlaşıb
25.11.2026 - 13:05 -
“Böyük tənəffüs” məktəblilər üçün idman yarışı
23.11.2026 - 17:41
