Apellyasiya Şurasının iclası keçirilib
Avqustun 7-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə Apellyasiya Şurasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Audit şöbəsinin Audit sektorunun böyük məsləhətçisi vəzifəsinə namizəd Orxan Məhərrəmli, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Sənədlərlə və müraciətlərlə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər Xanım Kərimova, Sənan İbişli və Hümbət Əliyevin şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 2 şikayətin təmin edilməsi, 1 şikayətin qismən təmin edilməsi, 1 şikayətin isə təmin edilməməsi barədə qərarlar qəbul olunub.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10 -
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52
