Məktəblilər arasında “Nə? Harada? Nə zaman?” üzrə respublika kuboku keçirilib
Oktyabrın 26-da Elm və Təhsil Nazirliyinin və Kapital Bank-ın dəstəyi, “Təhsil Oyunları Platforması”nın təşkilatçılığı ilə məktəblilər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika kuboku keçirilib.
Yarışda ölkənin 22 şəhər və kəndini təmsil edən 42 komanda iki yaş kateqoriyasında — 6-9-cu və 10-11-ci siniflər üzrə mübarizə aparıb. Komandalar final mərhələsinə canlı şəkildə keçirilən regional kubokların qalibi kimi və ya 622 komanda arasında təşkil olunan onlayn seçim turunda yüksək nəticə göstərərək vəsiqə qazanıblar.
Final mərhələsində iştirakçılar müxtəlif sahələr üzrə bilik tələb edən 36 suala cavab veriblər. Üç turdan ibarət yarışın yekun nəticələri aşağıdakı kimi olub:
6–9-cu siniflər kateqoriyası üzrə:
1-ci yer – “Dominant” (Quba), 20 xal
2-ci yer – “Kvebek” (Şəki), 17 xal
3-cü yer – “Beyin fırtınası” (Bakı), 15 xal
10–11-ci siniflər kateqoriyası üzrə:
1-ci yer – “Vesper” (Bakı), 27 xal
2-ci yer – “El-Rey” (Xırdalan–Bakı), 22 xal
3-cü yer – “Zəkalar” (Bakı), 21 xal
Qalib komandalar kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, “Təhsil Oyunları Platforması” 2020-ci ildən etibarən məktəblilər arasında onlayn və canlı formatlarda intellektual yarışlar təşkil edir, şagirdlərin biliklərə marağını artırır və komanda işinin inkişafına töhfə verir.
27.10.2025 - 11:48
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52 -
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
06.10.2026 - 11:36 -
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28
