Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İdris İsayev TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclasında iştirak edib

Oktyabrın 24-də Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclasında elm və təhsil nazirinin müavini İdris İsayev də iştirak edib. 

İclasda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov TDT çərçivəsində sənaye, elm, texnologiya və innovasiya sahələrini əhatə edən yeni platformanın üzv ölkələr arasında tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, TDT-nin bu ilin oktyabrın əvvəlində Azərbaycanda keçirilmiş XII Zirvə Toplantısında qəbul edilmiş Qəbələ Bəyannaməsində də süni intellektin, yaşıl və rəqəmsal texnologiyaların sənaye strategiyalarına inteqrasiyasının təşviqi məsələləri əksini tapıb.
 

İclas zamanı, eyni zamanda, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Bakıt Sıdıkov, Qazaxıstan Respublikasının sənaye və tikinti nazirinin müavini Raxımjan İssakulov, Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin İnnovativ İnkişaf Agentliyinin rəhbəri vəzifəsini icra edən Asror Norov, Macarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma çıxış ediblər. Məruzəçilər innovasiyaların təşviqi, texnoloji əməkdaşlıq, birgə layihələrin icrası və iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində fikirlərini ifadə ediblər.

İclasda TDT Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 1-ci iclası zamanı qəbul edilmiş Fəaliyyət Planı üzrə görülmüş işlər barədə məlumat verilib, irəli sürülən təşəbbüslər diqqətə çatdırılıb.
 

Sonda iclasın yekunlarına dair Bəyannamə qəbul edilib.


24.10.2025 - 17:37