“Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib
Sentyabrın 26-da Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov III "Maarifçi" tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb. Görüşün məqsədi təhsil müəssisələri ilə əmək bazarı arasındakı münasibətlərin interaktiv müzakirəsi olub.
Elnur Nəsibov "Maarifçi"ləri salamlamlayaraq proqramın məqsədi ilə bağlı məlumat verib. Görüş "Maarifçi"lərin təhsil və təcrübələri, həmçinin proqram çərçivəsində qazandıqları bilik və bacarıqlar haqqında çıxışları ilə davam edib.
Daha sonra İdarə Heyətinin sədri fondun fəaliyyəti haqqında danışıb. O, TİF-in icra etdiyi mühüm layihələr barədə məlumat verərək gənclərin inkişafına yönəlmiş strategiyaları diqqətə çatdırıb.
"Maarifçi"lər sonda onları maraqlandıran sualları səsləndiriblər. Görüş çərçivəsində "Maarifçi"lər TİF-in əməkdaşlarının müşayiəti ilə fondun yeni layihəsi olan “Peerstack Academy” ilə tanış olublar.
Qeyd edək ki, 4 ay davam edəcək proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyi, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10 -
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52
