Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə yekun vurub

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti”nin sonuncu paneli “Avrasiya universitetləri arasında əməkdaşlığın gələcəyi” mövzusuna həsr olunub.
 

Paneldə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova müxtəlif təhsil sistemlərinin bir araya gətirilməsinin çətinliyinə baxmayaraq mövcud sistemlər daxilində müəyyən inteqrasiyaya nail olunduğunu bildirib. O həmçinin elmi fəaliyyət və tədqiqat üzrə Asiya, Orta Asiya, Avropa və digər qərb ölkələri ilə güclü əməkdaşlığa, eləcə də müxtəlif ölkələrdən tədqiqatçılarla birgə yazılan kollaborativ məqalələrin sayının artırılmasına ehtiyac olduğunu vurğulayıb.
 

Paneldə çıxış edən digər spikerlər – BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ADA Universitetinin xarici əlaqələr, hökumət və tələbələrlə iş üzrə prorektoru Fariz İsmayılzadə və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev isə universitetlərin ölkələrarası əməkdaşlığın inkişafında rolunu, sənaye ilə əməkdaşlıq imkanlarını və regionun inkişaf potensialına uyğun yeni istiqamətlərin formalaşdırılmasının vacibliyini qeyd ediblər.
 

Sammitin rəsmi bağlanış mərasimində “Times Higher Education” beynəlxalq reytinq agentliyinin Qlobal məsələlər üzrə baş direktoru Fil Bati Avrasiya regionunda ali təhsilin innovasiya və tədqiqatlar vasitəsilə yeni bir inkişaf dövrünə qədəm qoyduğunu bildirib və növbəti sammitin Qazaxıstanda keçiriləcəyini elan edib.
 

 Satbayev Universitetinin Strateji inkişaf departamentinin müdir müavini Gülziya Burşukova iştirakçıları Almatı şəhərində keçiriləcək sammitə dəvət edib.
 

Bağlanış mərasimində Fil Bati sammitin regionda ilk dəfə keçirilməsinə və yüksək səviyyədə təşkilinə görə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovaya xüsusi xatirə nişanı təqdim edib.
 

Qeyd edək ki, sammit iki gün ərzində davam edib və 35-ə yaxın ölkədən 300-dən çox nümayəndəni bir araya gətirib. Tədbir çərçivəsində ali təhsildə rəqəmsal transformasiya, inklüzivlik, beynəlxalq tərəfdaşlıqlar, dayanıqlı inkişaf məqsədlərinə töhfə, iqlim dəyişikliyi ilə mübarizə, universitet–sənaye əməkdaşlığı və Avrasiya məkanında gələcək əməkdaşlıq imkanları kimi qlobal mövzular ətrafında geniş müzakirələr aparılıb.


25.09.2025 - 17:25