ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik ölkəmizə səfəri çərçivəsində Şuşa və Xankəndidəki təhsil müəssisələrini ziyarət edib.
Baş direktor elm və təhsil naziri Emin Əmrullayevlə birgə əvvəlcə Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə yaradılan müasir tədris şəraiti ilə tanış olub və şagirdlərlə görüşüb. Daha sonra Qarabağ Universitetinə baş çəkərək universitetin yeni inşa olunan korpusları, auditoriya və laboratoriyalarda yaradılan şərait, həmçinin yataqxana imkanları ilə tanış olub. Tələbələrlə görüş zamanı sözügedən universitetdə onların təhsil fəaliyyətini dəstəkləyən şərait barədə fikir mübadiləsi aparılıb və xatirə şəkilləri çəkilib. Ziyarət zamanı universitetin rektoru Şahin Bayramov qonağa müəssisənin fəaliyyəti barədə məlumat verib.
Səfər çərçivəsində Baş direktor və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Qarabağ Universitetinin Klinikası ilə də tanış olub. Klinikanın direktoru, Tibb və Sağlamlıq Elmləri fakültəsinin dekanı Samir Babayev müəssisənin fəaliyyəti, yaradılan şərait və gələcək planlar barədə ətraflı məlumat verib.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
