Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub
Sentyabrın 15-də elm və təhsil naziri Emin Əmrullayev Ağdam rayonunda yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində olub.
İşğaldan azad edildikdən sonra bu il ilk dəfə tədris prosesinə başlayan məktəbdə nazir dərsin gedişatını izləyib, şagird və müəllim heyəti ilə görüşərək onlarla söhbət aparıb.
Görüş zamanı Emin Əmrullayev şagirdləri yeni dərs ilində uğurlar əldə etməyə, müəllimləri isə gənc nəslin bilik və bacarıqlarının inkişafına töhfə verməyə səsləyib. Nazir həmçinin işğaldan azad edilmiş bölgələrdə təhsil infrastrukturunun yenidən qurulmasının önəmini vurğulayıb.
Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan və Qırğızıstan prezidentləri tərəfindən qoyulub. Xıdırlı kənd tam orta məktəbində 2025-2026-cı tədris ilində 123 şagird təhsil alacaq. Onlardan 11 nəfəri birinci sinif şagirdidir. 9 uşaq isə məktəbəhazırlıq qruplarında təhsilə cəlb olunub.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
