Nazir müavini Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında iştirak edib
Sentyabrın 5-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində Budapeşt şəhərində keçirilən Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında iştirak edib.
İclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil sahəsində mövcud əməkdaşlığın cari vəziyyəti barədə iclas iştirakçılarını məlumatlandıraraq Türk Dövlətləri Təşkilatı çərçivəsində elm və təhsil sahəsində ölkələrimiz arasında birgə əməkdaşlıq, Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında Hökumətlərarası Təqaüd Proqramları, ali təhsil müəssisələri arasında əməkdaşlıq və bu kimi bir sıra digər mühüm məsələlərə toxunub. Nazir müavini bildirib ki, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsinin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.
Komissiyanın iclasında həmçinin iki ölkə arasında iqtisadi, ticarət, enerji, kənd təsərrüfatı eləcə də mədəniyyət sahələrində əməkdaşlığın mövcud vəziyyəti və potensial imkanları müzakirə olunub.
İclasın sonunda Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən iclasın yekunlarına dair Protokol imzalanıb.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10 -
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52
