Təhsil işçilərinin ənənəvi sentyabr konfransları keçirilib
Regional təhsil idarələri üzrə ənənəvi sentyabr konfransları təşkil olunub. Konfranslarda idarələrin rəhbərliyi, məktəb direktorları, müəllimlər iştirak ediblər.
Konfransların əsas məqsədi ümumi təhsilin inkişaf istiqamətlərini müzakirə etmək, qarşıda duran strateji hədəfləri müəyyənləşdirmək və 2025–2026-cı tədris ili üçün fəaliyyət planını formalaşdırmaqdan ibarət olub.
Builki konfransların gündəliyində şagirdlərin rəqəmsal bacarıqlarının artırılması, dərsə davamiyyətin yüksəldilməsi, inklüziv təhsilin genişləndirilməsi və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, valideyn iştirakının təlim-tərbiyə prosesində daha fəal təmin olunması prioritet mövzulardan olub.
Çıxış edənlər təhsil siyasətində keyfiyyətin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıblar, yeni tədris ili üçün plan və vəzifələri diqqətə çatdırıblar.
Panel müzakirələr formatında keçirilən sentyabr konfranslarının yekunları bölgələr üzrə ümumi təhsil müəssisələrinin fəaliyyətinə praktiki töhfə vermək, müəllim və məktəb rəhbərlərinin qarşıdakı illərdə daha səmərəli fəaliyyət göstərməsi üçün yol xəritəsi müəyyənləşdirmək baxımından əhəmiyyətli olub.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10 -
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52
