Humanitar sahələri əhatə edən Suriya - Azərbaycan İşçi Qrupunun onlayn formatda ilk iclası baş tutub
1 il əvvəl
Avqustun 21-də humanitar sahələri əhatə edən Suriya - Azərbaycan İşçi Qrupunun onlayn formatda ilk iclası baş tutub.
Görüşdə elm və təhsil nazirinin müavini, humanitar sahələri əhatə edən Suriya - Azərbaycan İşçi Qrupunun rəhbəri Kənan Kərimzadə, Azərbaycan tərəfindən İşçi Qrupunun üzvləri, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov, həmçinin Suriya Ərəb Respublikasının ali təhsil və elmi araşdırmalar nazirinin müavini, humanitar sahələri əhatə edən Suriya–Azərbaycan İşçi Qrupunun rəhbəri Ğeys Varqouzeq və Suriya tərəfindən İşçi Qrupunun üzvləri iştirak ediblər.
Sözügedən görüş çərçivəsində iki ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub, habelə suriyalı tələbələrin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində təhsil alma imkanlarının araşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 4 may 2025-ci il tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun rəhbərliyi ilə Suriya Ərəb Respublikasına təşkil olunmuş rəsmi səfərin nəticəsi olaraq iki ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə humanitar sahələri əhatə edən Suriya - Azərbaycan İşçi Qrupunun yaradılması barədə qərar qəbul edilmişdi.
Digər xəbərlər
-
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50 -
Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
06.11.2026 - 17:15 -
Peşə təhsili müəssisələri Bakıda keçirilən “PeşəFest”də təmsil olunublar
06.11.2026 - 17:00 -
Nazirliyin tabeliyindəki qurumların Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşları ilə görüş keçirilib
06.11.2026 - 12:50 -
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40
