Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesinin nəticələri açıqlanıb. Nəticələrə uyğun olaraq qəbul olan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılıb.
Valideyn və ya qanuni nümayəndələr övladlarının şəxsi işlərini 20 avqust tarixindən başlayaraq 25 avqust saat 12:00-dək şagirdin qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməlidirlər.
Sənəd qəbulu üçün son müraciət tarixi 25 avqust saat 12:00 müəyyən edilib. Qeyd olunan müddət ərzində sənədlər təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılacaq və müvafiq sorğu sistemdən silinəcək.
Nəzərinizə çatdırmaq istəyirik ki, şəxsi işlərin təhvil verilməsi zamanı valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin çıxdığı məktəbə təqdim edərək şagirdin sənədlərini almalı və cari müəssisəyə təqdim etməlidir.
Müvafiq keçidə daxil olmaqla minimum ballar və qəbul olan şagird sayı ilə bağlı məlumat əldə edə bilərsiniz: https://tinyurl.com/5n8rrch4
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10 -
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52
