Dövlət Proqramının yeni iştirakçıları ilə görüş keçirilib
Avqustun 13-də “2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı Təqaüdçüsü adını qazanmış gənclərlə görüş keçirilib.
Görüş çərçivəsində Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri tərəfindən Dövlət Proqramı çərçivəsində təhsillə əlaqəli zəruri məlumatlar proqram iştirakçılarının diqqətinə çatdırılıb.
Sual-cavab sessiyası ilə davam edən görüş çərçivəsində iştirakçılar tərəfindən ünvanlanan bütün suallar cavablandırılıb.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramına seçilmiş 500 nəfər iştirakçı dünyanın 14 ölkəsinə aid 64 nüfuzlu ali təhsil müəssisəsində təhsil alacaq. Proqram çərçivəsində 125 nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər isə doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.
13.08.2025 - 17:00
Digər xəbərlər
-
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb
30.07.2026 - 17:25 -
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
27.07.2026 - 12:33 -
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25.07.2026 - 11:34 -
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48
