Nazirlikdə peşə təhsili mövzusunda ictimai dinləmə keçirilib
Elm və Təhsil Nazirliyində “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması üzrə təkliflərin dinlənilməsi və müzakirəsi məqsədilə ilkin ictimai dinləmə təşkil edilib.
Tədbirdə Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, peşə təhsili müəssisələri, qeyri-hökumət təşkilatları və özəl şirkətlərin nümayəndələri iştirak ediblər.
İlkin müzakirələr “Peşə təhsilinin, o cümlədən yüksək texniki peşə təhsilinin əhatəsinin artırılması”, “Əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili və təlim-tədris prosesinin qurulması”, “İnklüziv peşə təhsili” və “Səriştələrin davamlı inkişafına əsaslanan “ömür boyu təhsil” sisteminin gücləndirilməsi” mövzuları üzrə keçirilib.
Mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların rəy və təklifləri dinlənilib. Müzakirələrdə peşə təhsilində inklüzivliyin artırılmasının, eyni zamanda qadınların peşə təhsilinə cəlbinin vacibliyi vurğulanıb, bu istiqamətdə mobil proqramların təşkili, kurrikulumların yenilənməsi, rəqəmsallaşma kimi mövzulara toxunulub.
Sonda növbəti müzakirələrin sentyabr ayında keçirilməsi qərara alınıb.
01.08.2025 - 10:30
Digər xəbərlər
-
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb
30.07.2026 - 17:25 -
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
27.07.2026 - 12:33 -
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25.07.2026 - 11:34 -
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48
